ABŞ çevrilişlərdə gizli snayperlərdən istifadə edir

Оставлен klachkov Чт, 2015-04-23 12:48

Axar.az, 23.04.2015

“Qərb snayper texnologiyasından çoxdan yararlanır”.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Pavel Klaçkov söyləyib.

Onun sözlərinə görə, Qərb demək olar ki, bütün inqilablarda gizli snayperlərdən istifadə edib:

“Son illər Polşa Amerika administrasiyasına daha çox loyallıq nümayiş etdirir. Varşava Vaşinqtonu hətta avantüra xarakteri daşımasına baxmayaraq, yerli siyasi addımlarında necə dəstəkləyəcəyini müəyyən edir. Tamamilə dolğun şəkildə demək olar ki, çevrilişləri, inqilablarla məşğul olan təşkilatlara bağlı olan hansısa qaranlıq strategiyaları Vaşinqton bəzən özünün müttəfiqlərinə tapşırır. Xüsusilə bu, o müttəfiqlər ola bilər ki, onlar vassal xüsusiyyətini üzərilərinə götürürlər və istənilən tapşırığı yerinə yetirməyə hazırdırlar. Polşalı siyasətçinin açıqlamasında mən qəribə heç nə görmürəm. Görünməz snayper texnologiyası artıq çoxdan sınaqdan keçirilib. Bu məqamda biz 90-cı illərin əvvəllərində Baltikyanı ölkələrdəki hadisələri xatırlaya bilərik. Orada da eyni cür snayperlər xeyli əməliyyat həyata keçirdilər. Eyni cür vəziyyət Rumıniyada da oldu. Əgər 1993-cü ilin oktyabrında baş verən hadisələrə nəzər yetirsək, orada da müəyyən olunmamış snayperlərin Rusiya xüsusi xidmət orqanlarının işçiləri də daxil olmaqla hər kəsə atəş açdıqlarını görərik. Bu texnologiya artıq çoxdan bəllidir”.

Bir müddət öncə polşalı siyasətçi Yanuş Korve Mikke Maydanda ukraynalılara atəş açan snayperlərin Polşada yetişdirildiyini və buraya xüsusi tapşırıqla göndərildiklərini bildirmişdi.