Klaçkov: “ABŞ Bakıya ən güclü diplomatını göndərdi”

Оставлен klachkov Пт, 2015-01-09 18:14

Axar.Az, 09.01.2015

“ABŞ-ın Azərbaycandakı yeni səfiri xarici siyasət sahəsində kifayət qədər ciddi oyunçudur”.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Pavel Klaçkov deyib. O, Sekutanın əsl profesional olduğunu bildirib:

“O, yeni vəzifəsinə Dövlət katibinin energetika və sanksiyalar üzrə birinci müavini vəzifəsindən gəlir. Sekuta energetika, ticarət və diplomatiya sahəsində çox yaxşı mütəxəssisdir. Onun maraqları çərçivəsinə əvvəllər terrorizm və beynəlxalq cinayətkarlıq məsələləri daxil idi. O, qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı proqram hazırlayıb. Təsəvvür edin ki, bu adam əvvəllər Vyana, Bağdad, Yohannesburq, Kosova, Tirana, Yaxın Şərqdə çalışıb. Sözsüz ki, bu cür ağır tonlu, təcrübəli şəxsin Bakıya gəlişi Vaşinqtonun Cənubi Qafqaz istiqamətində təzyiqini artırması deməkdir. Əvvəlki səfir Morninqstar Azərbaycan-ABŞ münasibətlərində çətinliklər yaradır, eləcə də respublikanı rəngli inqilablarla şantaj etməyə də cəhd edirdi. Fikrimcə, Sekuta daha incə və zərif hərəkət edəcək. Hesab edirəm ki, onun rəhbərliyi altında Azərbaycan və ABŞ əməkdaşlığı energetika ilə hərbi sahədə daha da güclənəcək. O, Azərbaycanın Türkiyə, İranRusiya ilə münasibətlərinə ciddi təsir göstərəcək. Sekuta ən çətin beynəlxalq şəraitdə işləməyi bacaran əsl peşəkardır. Belə kadrlara bütün Qafqaz regionunda gərginlik artdıqda tələbat yaranır”.