Rus politoloq: “Bakı bu simasını qoruya bilsə, onda...”

Оставлен klachkov Вс, 2014-12-28 05:35

"Агентство AXAR", 27.12.2014

“Rusiya bazarında boşluqlar yaranıb və Azərbaycan da bundan istifadə edə bilər”.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Pavel Klaçkov söyləyib.

O, gələn il üçün Azərbaycanın İranla münasibətlərini gücləndirə biləcəyini deyib:

“Qlobal və regional vəziyyət qeyri-stabildir. Bütün bunlara baxmayaraq, Azərbaycan özünün mövqeyini, avtoritetini qoruyaraq inkişaf edə bilər. Bunun üçün şanlar var. Məsələn, 2015-ci ildə İlham Əliyevin Belorusa səfəri nəzərdə tutulur. Bu, doğru istiqamətə atılmış addımdır. Azərbaycanın Avrasiyaya inteqrasiya istiqamətində iştirakı saxlanılır. Neftin qiymətinin enməsi neft hasil edən bütün ölkələrə özünün neqativ təsirlərini göstərib. Bundan Azərbaycan da yayına bilməyib. Rusiya bazarında boşluqlar yaranıb ki, Azərbaycan da bundan istifadə edə bilər. Həmçinin daha bir diqqət olunası məqam Rusiyanın Türkiyə ilə münasibətlərini möhkəmləndirməsidir. Gələn ilə bu münasibətlər İranla da gücləndirilə bilər. Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyü kifayət qədər davamlı konfiqurasiya deyil. Bu öz-özlüyündə inkişaf üçün lazımı potensiala sahib deyil. Lakin Bakı-Tel-Əviv əməkdaşlığı kifayət qədər perspektivlidir.

Gələn il üçün Azərbaycan-Rusiya münasibətləri ilə bağlı optimizmə də əsas var. Doğrudur ki, Azərbaycan və ümumilikdə Zaqafqaziyaya ABŞ-ın aktiv təzyiqləri davam edir. Amma siyasi rəhbərliyin uzaqgörənliyi balansı qorumaqdadır. Əgər gələcəkdə də Azərbaycan bu simasını qoruyub saxlaya bilsə, o zaman Rusiya ilə arasındakı əməkdaşlıq inkişaf edəcək”.
- See more at: http://axar.az/news/38886#sthash.0XlNJDeE.dpuf